tərcümeyi-hal

Xayrulin Fərid Həbibulla oğlu 26 iyul 1947-ci ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra 1965-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. 1969-cu ildə Ulyanov-Lenin adına Qazan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə keçib, “Jurnalistika” peşəsi üzrə diplom alıb.

Fərid Xayrulin. Dağlıq Qarabağa növbəti səfər. Xankəndi, 1990-cı il. Dağlıq Qarabağa növbəti səfər. Xankəndi, 1990-cı il.

1982-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. 1989-cu ildən SSRİ Fotorəssamlar İttifaqının İdarə Heyətinin üzvüdür. 1984-cü ildən “Azərinform” agentliyinin, o vaxt üçün SİTA-nın, Azərbaycan bölməsi üzrə fotojurnalisti vəzifəsində çalışıb. 1992-ci ildən Azərbaycan-Tatarıstan Birliyinin vitse-prezidentidir. Həmin müddət ərzində bir-neçə il Azərbaycanda “Tatarıstan Xəbərləri” qəzetinin xüsusi müxbiri vəzifəsində işləyib.

Fərid Xayrulin. Amerikanın Azərbaycan Respublikasındakı səfirliyinin qəbulunda  Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ilə birlikdə. 1999- cu il. Amerikanın Azərbaycan Respublikasındakı səfirliyinin qəbulunda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ilə birlikdə. 1999- cu il.

1988-ci ildən başlayaraq “Azərinform” agentliyində işləyib. Fərid Xayrulin Dağlıq Qarabağ hadisələrilə , Bakıda icazəsiz mitinqlərlə bağlı müxtəlif mövzuları işıqlandırıb. Amma informasiya blokadası şəraitində bütün bu materiallar ancaq xarici mətbuatda dərc olunub. 1989-cu ildə o, erməni silahlı qruplaşmalarının blokadada saxladığı Şuşa şəhərinə və Ümüdlü kəndinə birinci humanitar kömək karvanını müşaiyət edib.

Fərid Xayrulin. Azərbaycanın ABŞ-dakı səfirliyinin  qəbulunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə. Vaşinqton,  2002-ci il. Azərbaycanın ABŞ-dakı səfirliyinin qəbulunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə. Vaşinqton, 2002-ci il.

Fərid Xayrulin erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirdir: Ağa körpüsünün, Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 yanvar faciəsini xarici agentliklərə-AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.

Fərid Xayrulin. Xəzər dənizində BP-nin neft platformasında. 2006-cı il. Xəzər dənizində BP-nin neft platformasında. 2006-cı il.

F.Xayrulin 1990-cı ildə Moskvadan qayıdan Heydər Əliyevi Bakı hava limanında qarşılayan yeganə jurnalist olub. O,həm də həmin ildə Naxçıvandan Bakıya gələn Heydər Əliyevi qarşılayan yeganə fotojurnalist olub. SİTA bu materialları rədd etdi və bu səbəbdən də o, onları xarici agentliklərə göndərdi.

Fərid Xayrulin

Fərid Xayrulin 1966-cı ildən 1992-ci ilədək respublikanın müxtəlif dərgilərində çalışıb: “Abşeron”,”Azərbaycan gəncləri”, “Vışka”, “Bakı-Baky”. 1992-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür, “Azərbaycanın Fotoqrafları” yaradıcı birliyinin üzvüdür, H.Zərdabi adına mükafatın laureatıdır, “Humay” mükafatının birinci laureatıdır, “Qızıl Arqus” mükafatının və eləcə də, çoxsaylı respublika və xarici sərgilərin mükafatlarının daşıyıcısıdır.

Fərid Xayrulin

Hal-hazırda Fərid Xayrulin “Azərbaycan İRS”, “Azerbaijan today”, “Businessman”, “Business consulting”, “World of Azerbaijan”, “Caspian”, “Contact”, “Time Out”, “ArchiTech”, “PRIME Traveller”, “Baku”, “Qalereya”, “Sizin Eviniz” və başqa jurnallarla çox müvəffəqiyyətlə əməkdaşlıq edir.

Fərid Xayrulin

Son vaxtlar Fərid Xayrulin peşəkar reklam çəkilişləri ilə yaxından məşğul olmağa başlayıb və Avropanın ən yaxşı reklam fotoqraflarından biri olan İqor Saxarovun yanında təcrübə keçib. 2004-cü ildə Fərid Xayrulin FGF peşəkar rəqəmsal fotostudiyasını yaradıb. Bu müddət ərzində əla fotoavadanlıqla təchiz olunmuş FGF fotostudiyası Azərbaycanda peşəkar reklam fotoçəkilişləri sahəsində tanınmış lider olub.

Fərid Xayrulin

İştirak edilən sərgi və layihələr

2008-şəxsi fotosərgi “Bakı-dünən, bugün”, Məhəmməd Milli Teatrı V, Rabat (Mərakeş)
2008-fotosərgi “Mədəniyyətlərin görüşdüyü ölkə”, Millətlər Sarayı , Cenevrə (İsveçrə)
2007-şəxsi fotosərgi “Bakı-dünən, bugün”, Muzey Mərkəzi, Bakı
2007-fotosərgi “Azerbaycan today”, Berlin (Almaniya)
2007-III Beynəlxalq müasir incəsənət biennalı (hər iki ildən bir keçirilən) “Alyuminiy 2007”, Bakı
2006-fotosərgi “Azərbaycanın müasir fotosu”, Müasir İncəsənət Muzeyi, Moskva (Rusiya)
2005-fotosərgi “Ənənələr və reallıq”, Bakı
2005-“Beynəlxalq müasir incəsənət festivalı”, Bakı
2004-fotosərgi “Azerbaijan today”, NATO-nun baş qərargahı, Brüssel, (Belçika)
2003-fotosərgi ”Su və həyat” BMT-nın təşəbbüsü ilə, Daşkənd, (Özbəkistan)
2003-şəxsi fotosərgi “Dövrün anları”, Bakı
2002-I Bakı Beynəlxalq festivalı “Ayna-2002”
2001-fotosərgi “Ənənələr və reallıq”, Bakı
2001-fotosərgi “Ətraf mühit”, Bakı
1998-fotosərgi” Free person” (“ Azad insan”), Bakı