İSTƏNİLƏN MÜRƏKKƏB MƏSƏLƏNİ HƏLL EDİRİK

Bakı

Fərid Xayrulin – Azərbaycanın ən yaxşı fotojurnalistlərindən və reklam fotoqraflarından biridir, Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, “Azərbaycanın Fotoqrafları” yaradıcı birliyinin üzvüdür, H. Zərdabi adına mükafatın laureatıdır, “Qızıl Arqus”və çoxsaylı respublika və xarici fotosərgilərin mükafatlarının daşıyıcısıdır.
21 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.

Fərid Xayrulin özünün yaradıcılıq fəaliyyəti ərzində bizim ölkəmizin fotosəlnaməsini aparır. Hələ sovet dövründən fotojurnalist kimi formalaşan fotoqraf yenidənqurma dövründə Azərbaycanda baş verən qızğın hadisələrin içərisində olmuşdur. Fərid Xayrulin dünyanın bir çox ölkələrində baş verən mühüm beynəlxalq hadisələri işıqlandırmaq məqsədi ilə çoxsaylı xarici səfərlərdə fotoreportajlar çəkmişdir.

Son vaxtlar o, peşəkar reklam fotoçəkilişləri ilə fəal məşğul olur və Avropanın ən yaxşı reklam fotoqraflarından olan İqor Saxarovun yanında təcrübə keçib. 2004-cü ildə Fərid Xayrulin Bakıda FGF peşəkar rəqəmsal fotostydiyasını yaradıb ki, bu studiya da Azərbaycanda peşəkar reklam fotoçəkilişləri sahəsində tanınmış lider olub.

Fərid Xayrulin istənilən mürəkkəb çəkilişin öhdəsindən gələn fotoqraf kimi tanınır.

Fotomaterialları əldə etmək üçün «əlaqə» bölməsindən əlaqə saxlayın.

Şəhər qərəzsiz obyektivdə

Azərbaycan Muzey Mərkəzinin qalereyasında geniş tamaşaçı auditoriyasına təqdim olunan budəfəki fərdi sərgisini məşhur fotojurnalist Fərid Xayrulin "Bakı dünən,bu gün..." adlandırıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan bu tədbirə "ADEC", "BAKOND", "A+A", "NAR MOBİLE" və "AF- GROUP" kimi şirkətlər sponsorluq etdilər.

Ekspozisiyaya yüzə yaxın foto daxil edilmişdir, sərginin adına daxil olan "dünən" sözü isə heç də hansısa uzaq keçmişə aid deyil. Əslində bu sərgidə cəmi iki köhnə foto var idi: birincisi- 1982-ci ildə müəllifin çəkdiyi Bakının panoramasıdır, digəri isə 2001-ci ilin fotosudur, onu da öz növbəsində tarixi foto adlandırmaq olar, çünki son bir-neçə ildə şəhər həddindən artıq dəyişib. Həmin sərginin əsas mahiyyəti də məhz elə bundadır - hazırda Bakıda tüğyan edən tikinti canlanmasını foto vasitəsi ilə tamaşaçıya çatdırmaq ...>>>