pressa

Şəhər qərəzsiz obyektivdə

Azərbaycan Muzey Mərkəzinin qalereyasında geniş tamaşaçı auditoriyasına təqdim olunan budəfəki fərdi sərgisini məşhur fotojurnalist Fərid Xayrulin "Bakı dünən,bu gün..." adlandırıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan bu tədbirə "ADEC", "BAKOND", "A+A", "NAR MOBİLE" və "AF- GROUP" kimi şirkətlər sponsorluq etdilər.

Ekspozisiyaya yüzə yaxın foto daxil edilmişdir, sərginin adına daxil olan "dünən" sözü isə heç də hansısa uzaq keçmişə aid deyil. Əslində bu sərgidə cəmi iki köhnə foto var idi: birincisi- 1982-ci ildə müəllifin çəkdiyi Bakının panoramasıdır, digəri isə 2001-ci ilin fotosudur, onu da öz növbəsində tarixi foto adlandırmaq olar, çünki son bir-neçə ildə şəhər həddindən artıq dəyişib. Həmin sərginin əsas mahiyyəti də məhz elə bundadır - hazırda Bakıda tüğyan edən tikinti canlanmasını foto vasitəsi ilə tamaşaçıya çatdırmaq ...>>>

Nailə Bənnayeva, sənətşünas
“Azerbaydjanskiye İzvestiya” qəzeti,
11 dekabr 2008 il.

Fərid Xayrulin, fotojurnalist: “Mənim üçün həyatda hər şey maraqlıdır”.

... Onlar mənə, mən isə onlara baxırdım. Tərpənmədən baxırdım, sakitcə, lakonik çərçivələrə salınmış fotolövhələrdən gələn energetikanı sanki dağıtmaqdan qorxurdum. Ölkəmizdəki hər bir tədbirdə, hər bir hadisədə o mütləq iştirak edir. Demək olar ki, onu hamı tanıyır. Şəhərin tən yarısı onunla salamlaşır. Onun millionlarla nüsxələrdə tirajlanan fotoşəkilləri isə bütün dünyaya yayılıb, onlar məşhur jurnalların üz qabıqlarını, qəzetlərin ön səhifələrini, Almaniyanın, İsraelin, Rusiyanın, ABŞ-ın özəl fotoqalereyalarını, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin və Avropanın digər nüfuzlu təşkilatlarının divarlarını bəzəyir. Onun işləri rəngarəngdir, mövzu, ideya, ekspressiya, dramaturgiya baxımından müxtəlifdir. Həmin bu bənzərsizlikdən də elə bizim dövr haqqında təsəvvür yaranır. Həmin təsəvvür "Humay", "Gızıl Arqus", Həsən bəy Zərdabi adına mükafatlar laureatı rəssam, jurnalist, fotomüxbir Fərid Xayrulinin izaholunmayan istedadı nəticəsində formalaşır. Sabah onun yubileyidir: Fərid Xayrulinin 60 yaşı tamam olur ...>>>

Lyudmila Xoxlova
“Azerbaydjanskiye İzvestiya” qəzeti,
25 iyul 2007 il.

Həyat – ən böyük mükafatdır

2000 -ci ildə çox nüfuzlu "HUMAY" milli mükafatı ilk dəfə olaraq "Peşəkar foto" nominasiyası üzrə təqdim edilirdi. Həmin nominasiyada ilk mükafatı Azərbaycanın tanınmış fotojurnalisti Fərid Xayrulin aldı ...>>>
Elmira Axundova
“Favorite” jurnalı,
aprel 2002 il.

Avtomatın nişangahı altında

"Mən şəkil çəkirdim, Sovet ordusunun əsgəri isə məni nişan almışdı"

20 yanvar - gənc nəsil üçün bu ən yeni tarixdir, yaşlı nəsil üçün isə bu tarix sağalmayan yaradır. Dünya ictimaiyyəti üçün isə 20 yanvar - "Humay" və Zərdabi adına mükafatların laureatı, fotojurnalist Fərid Xayrulinin çəkdiyi tarixi fotolardır ...>>>

Kamal Əli
“Kaspiy” qəzeti,
20 yanvar 2007 il.

Fərid Xayrulinin qara-mavi kvadratı

Fərid Xayrulin - Azərbaycan Jurnalistlər İttifaqının və Respublika Fotoqraflar İttifaqının üzvüdür.

"Humay", "Qızıl Arqus" və H. Zərdabi adına mükafatların laureatıdır.

O, Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətində qeydiyyatdadır.

Azərbaycan informasiya agentlikləri ilə, eyni zamanda, "Röyter" agentliyi və "Azerbaijan İRS", "Azerbaijan İnternational" və digər jurnallarla əməkdaşlıq edir.

O, bir sıra respublika və beynəlxalq fotosərgilərin iştirakçısı və diplomantıdır. Onun işləri Böyük Britaniyanın XİN-in ekologiya departamentini, Almaniyanın özəl fotosərgilərini bəzəyir ...>>>

Nadejda İsmayılova
“Qalereya” jurnalı,
noyabr 2004 il.