studiya

Fərid XayrulinFGF studiyası Azərbaycanda ən böyük peşəkar rəqəmsal fotostudiyadır. Studiyanın ümumi sahəsi 150 kv.m.-dir. Studiya çəkiliş pavilyonu, vizajist otağı, duş kabineti və danışıqlar otağı ilə təchiz olunub.

Ən yaxşı rəqəmsal avadanlıq: geniş NİKKOR optik imkanları olan NIKON D4, NIKON D800E (36 Megapixel) fotoaparatları, optik imkanları olan geniş formatlı HASSELBLAD fotoaparatı, studiya çəkilişləri zamanı düzəliş işlərini aparmağa imkan verən kompyuter avadanlığı kompleksi, CANON və EPSON fotoprinterləri, MULTİBLİTZ firmasının studiya üçün işıqlandırma avadanlığı dəsti. Fon materialı və rekvizitlər üçün zəngin seçim var.

Bizim daimi sifarişçilər- reklam müştəriləri, dizaynerlər və Azərbaycanın ən iri korporasiyalarıdır ki, onların da sırasına Azərbaycan Respublikası Prezidentinin İdarə Heyəti, Azərbaycan Respublikası mədəniyyət və turizm Nazirliyi, Azərbaycan Respublikası təhsil Nazirliyi, Azərbaycan Respublikası iqtisadi inkişaf Nazirliyi, Azərbaycan Respublikası səhiyyə Nazirliyi, Azərbaycan Respublikası gənclər və idman Nazirliyi, Heydər Əliyev Fondu, “Azərbaycanın Mədəniyyəti Dostları “Fondu, UNESCO, UNİCEF, UNDP, Azərbaycanda Avropa Şurası Nümayəndəliyi, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Norvej Səfirlikləri, Azal, Azel, Azercell, AzEuroTel, Azdemiryolbank, Azerfon, Azərbaycan Milli Bankı, Arcobank, bp, Caspian Fish, Crescent Beach Mehmanxanası, Grand Avropa Mehmanxanası, Hasanoğlu, Hyatt Regency Mehmanxanası, Texniki Sənaye Bankı, Azərbaycan Beynəlxalq Bankı, Lukoil, Oasis Mehmanxanası, Reuters, RİSK Şirkəti, SS Production, Turan agentliyi, Statoil, Unocal, Zaman, Total, TP, McDermott, Azərbaycan Sahibkarlar Konfederasiyası daxildir.